"Neftçi" finalı uduzdu, "Vətən” 2017/18 mövsümünün qalibi oldu

AFFA-nın təşkil etdiyi U-11 Liqasında mövsümün son oyunu keçirilib.

 

Sportinfo.az xəbər verir ki, bu gün Bayıl stadionunda “Vətən” və “Neftçi” qarşılaşıb.

 

4:3 hesabı ilə qalib gələn “Vətən” 2017/18 mövsümünün qalibi olub. “Qəbələ” isə üçüncü yeri tutub.

 

Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və Texniki direktor Bernhard Lippert təqdim ediblər.

 

“Neftçi”nin oyunçusu Murad Məmmədov “Feyr Pley” mükafatına layiq görülüb. “Vətən” komandasının üzvləri Babamirzə Mehdiyev liqanın ən yaxşı futbolçusu, Ayxan Əlizadə isə ən yaxşı qapıçısı seçilib. Liqanın bombardiri “Qəbələ”nin futbolçusu Həsən Nəzərli olub.

Tarix: 23 May 07:12    Oxunub: 442    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.