Dmitri Nazarovun komandası 2-ci Bundesliqada qaldı - FOTO

Almaniya 2-ci Bundesliqasının düşmə qrupunda cavab pley-off oyunu keçirilib.

 

Sportinfo.az xəbər verir Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu, mövsümü 16-cı pillədə başa vuran “Aue” öz meydanında 3-cü Bundesliqanı 3-cü pillədə tamamlayan “Karlsrue” ilə qarşılaşıb.

 

Matç Nazarovun komandasının 3:1 hesablı qələbəsi ilə nəticələnib. Dmitri sabiq komandasına qarşı oyunda 71-ci dəqiqədə meydana çıxıb.

 

Komandalar arasında keçilən ilk matçda hesab açılmadığından, iki qarşılaşmanın nəticəsinə görə, “Ersgebirge” gələn mövsüm üçün 2-ci Bundesliqadakı yerini təmin edib.

Tarix: 23 May 07:00    Oxunub: 414    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.