Danışılmış oyunlara qarşı genişmiqyaslı araşdırmalara başlanıldı

Ukraynada danışılmış oyunların təşkilinə qarşı genişmiqyaslı araşdırmalara başlanılıb.

 

Sportinfo.az xəbər verir ki, şübhəli bilinən şəxslər arasında futbolçular, məşqçilər, hakimlər və klub prezidentləri də var. 

 

Əslində hüquq-mühafizə orqanları araşdırmaları daha tez başlatmağa hazır olublar. Lakin danışılmış oyunların miqyası nəzərə alınaraq, komandaların çempionatı başa vurmalarına qərar verilib.

 

Əks halda, yarışın sonluğu təhlükə altına düşə bilərdi. Araşdırmalar və gələcək həbslər 2 il əvvəl qəbul olunmuş qanunun sayəsində mümkün olub.

 

Hazırda hüquq mühafizə orqanlarının əlində oyun alqı-satqında təqsirli bilinənləri real cəzaya məhkum etmək üçün alət mövcuddu.  Məsələ ilə bağlı Ukraynanın 9 bölgəsində 50-dən çox axtarış aparılıb.

Tarix: 23 May 00:50    Oxunub: 478    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.