"50 milyon verirdilər, ancaq rədd etmək məcburiyyətində qaldıq"

Adı "Mançester Siti"ilə hallanan "Şaxtyor"un yarımmüdafiəçisi Fred üçün Donetsk klubunun prezidenti Rinat Axmedov açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, patron Braziliyanın dünya çempionatına yollanacaq heyətində yer alan futbolçunu qışda "Mançester Siti"yə satmadıqlarını deyib: 

 

"Qış transfer dönəmində Fredinn transferi üçün "Mançester Siti" ilə görüşmüşdük. 50 milyon avro təklif etdilər, ancaq rədd etmək məcburiyyətində qaldıq.

 

Çünki Çempionlar Liqasında və ölkə çempionatında yaxşı gedirdik. Strategiyamıza görə, doğru qərar verdik. "Mançester Siti"dən yenə də ona oxşar məbləğdə təklif alacağımıza inanıram".

 

"Şəhərlilər"in çalışdırıcısı Pep Qvardiolanın israrla istədiyi 25 yaşlı futbolçu bu mövsüm 37 oyuna 4 qol vurub, 7 assist edib.

Tarix: 23 May 00:40    Oxunub: 480    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.