Fırıldaqçı iş adamı “Qəbələ”li futbolçulara 100 min manat "atdı"!

Azərbaycan millisinin və “Qəbələ”nin futbolçuları - Cavid Hüseynov və Elvin Məmmədov dələduzluğa məruz qaldıqlarını iddia edirlər.

 

Sportinfo.az xəbər verir ki, həmin futbolçular Yasamal Rayon Polis İdarəsinə yazılı müraciət edərək hazırda həbsdə olan iş adamı Ayaz Məhərrəmovun onlara qarşı dələduzluq etdiyini bildiriblər.

 

Futbolçular müraciətlərində qeyd ediblər ki, A.Məhərrəmov onların etibarlarından sui-istifadə edərək C.Hüseynovdan 40 min, E.Məmmədovdan isə 60 min manat pul alıb.

 

Bildirdiklərinə görə, iş adamı verdiyi vədə əməl etməyib və ümumilikdə, 100 min manat pulu geri qaytarmayıb.

 

Lakin A.Məhərrəmov həmin pulları futbolçulardan biznes qurmaq adı ilə faizə aldığını deyib. Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

 

A.Məhərrəmovun vəkili Ceyhun Yusifov "Report"a faktı təsdiqləyib, lakin əlavə məlumat vermək istəmədiyini söyləyib.

 

A.Məhərrəmov dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətə azadlıqdan məhrum edilib.

 

C.Hüseynov 2015-ci ildə "Ann.tv"nin əməkdaşı Rasim Əliyevin bir qrup şəxs tərəfindən döyülərək öldürülməsi ilə bağlı cinayət işi üzrə həbs edilib.

 

O, Cinayət Məcəlləsinin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilib.

 

Səbail Rayon Məhkəməsinin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 1 il 2 aya endirib. Həmin müddət bitdiyindən, o, azadlığa buraxılıb.

Tarix: 23 May 00:20    Oxunub: 620    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.