Samir Əliyev “Səbail”lə yollarını ayırdı - SÜRPRİZ QƏRAR

“Səbail”in baş məşqçisi Samir Əliyev klubla yollarını ayırıb.

 

Sportinfo.az kluba istinadən xəbər verir ki, bu gün rəhbərliklə baş məşqçi Samir Əliyev arasında görüş keçirilib.

 

Görüşdə "Səbail"in Topaz Premyer Liqasının geridə qalan mövsümündə çıxışı barədə ətraflı müzakirələr aparılıb. 

 

Qarşılıqlı razılıq əsasında Samir Əliyevin "Səbail"in baş məşqçisi kimi müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib. 

 

"Səbail" Samir Əliyevin rəhbərliyi altında Premyer Liqanın son mövsümünü 23 xalla 8 komanda arasında 7-ci pillədə başa vurub.

Tarix: 22 May 23:48    Oxunub: 643    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.