Cavid Hüseynov Rəşad Sadıqovla kəllə-kəlləyə gəlməsinə güldü və bu barədə nə dedi?

"Motivasiya doğrudan da, yox idi.

 

Buna baxmayaraq, mövsümü məğlubiyyətsiz də başa vurmaq olardı.

 

3 qol şansımız oldu. Birincisini elə mən vurmalı idim. Lakin heç birindən yararlana bilmədik".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXVIII tur matçı barədə danışarkən deyib.

 

30 yaşlı yarımmüdafiəçi oyun zamanı meydandan qovulması və Ağdam komandasının kapitanı Rəşad Sadıqovla kəllə-kəlləyə gəlməsinə də toxunub:

 

"Yenə də problem yoxdu (gülür). Millidən kənarda qalmaq? Həyatda hər şey mümkündür. Əslində elə bir şey olmamışdı. Həmin epizodda əvvəlcə Miçellə danışırdım. Sonradan Dani Kintana arxadan deyinə-deyinə gəldi.

 

Deyəsən, söyüş söyürdü. Mən də əsəblərimi cilovlaya bilmədim. Dedim ki, mən Miçellə danışıram, sən niyə özünü araya soxursan? Ani qığılcım baş verdi. Sonradan Kintana üzr istədi". 

 

Hüseynov sonda "Keşlə" ilə keçirəcəkləri Azərbaycan Kubokunun final matçındakı şanslarına da toxunub: "Qəbələ"nin kuboku qazanma şansları yarıbayarıdır. Final bir oyundan ibarətdir. Gərgin və maraqlı görüş olacaq".    

Tarix: 22 May 23:36    Oxunub: 726    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.