"Respublika günü" başlayır

Bu gün 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş futbol turnirinə start veriləcək.

 

İlk oyun günü «B» qrupundakı komandalar mübarizəyə başlayacaqlar.

 

Saat 16:15-də «Zirə» «Sumqayıt»la, 17:45-də isə «Keşlə» «Səbail»lə üz-üzə gələcək. Hər 2 oyun «Neftçi Baza»da keçiriləcək.

 

Sabah isə «A» qrupundakı komandalar mübarizəyə qoşulacaqlar. «Vətən» «Neftçi» İK İB-ni, «Qarabağ» isə «Neftçi»ni sınağa çəkəcək.

 

«Vətən» RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və «Het-trik news» qəzetinin informasiya dəstəyi ilə keçiriləcək turnirə mayın 31-də yekun vurulacaq.

Het-trik news» qəzeti

Tarix: 22 May 11:12    Oxunub: 645    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.