Azərbaycan çempionatında italyan fırtınası əsdi - FOTO

“Bayıl Arena”da AFFA-nın U-10 Liqasının 2017/18 mövsümünə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, final oyununda “Qəbələ” və “Keşlə” qarşılaşıb.

 

Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda qapılara qol vurulmayıb və qalib penaltilər seriyasında müəyyənləşib.

 

Zərbələri dəqiq yerinə yetirən “Keşlə” (4:2) liqanın qalibi olub. Üçüncü yeri “Vətən” tutub.

 

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər. 

 

U-10 Liqasının bombardiri Lorenzo Mezettero (“Neftçi”) olub. “Qəbələ”dən Ayxan 
Əmiraslanlı liqanın ən yaxşı futbolçusu, “Keşlə”dən Elbrus Kərimov ən yaxşı qapıçı seçilib. “Feyr Pley” mükafatına isə “Keşlə”nin oyunçusu Tunar Rzayev layiq görülüb.

Tarix: 22 May 00:40    Oxunub: 864    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.