“Mançester Yunayted” Azərbaycan çempionu oldu - VİDEO

Binə stadionunda keçirilmiş final oyunu ilə AFFA-nın U-14 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, mövsümün son oyununda “Mançester Yunayted” və “Keşlə” üz-üzə gəlib.

 

Rəqibini 4:2 hesabı ilə məğlub edən “Mançester Yunayted” liqanın qalibi olub. Üçüncü yeri isə “Qarabağ” komandası tutub.

 

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər.
 
“Kəpəz” komandasını üzvü Nahid Tanrıverdiyev 58 qolla liqanın ən məhsuldar futbolçusu olub. Tərxan Mehmanlı (“Qarabağ”) turnirin ən yaxşı qapıçısı, Nicat Quliyev isə (“Mançester Yunayted”) ən yaxşı oyunçusu seçilib.

 

"Qarabağ", "Keşlə" və "Mançester Yunayted" komandalarına müvafiq olaraq bürünc, gümüş və qızıl medallar, qalib komandaya kubok təqdim edilib.


Tarix: 21 May 18:36    Oxunub: 1449    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.