Fellaini "Milan" yolunda

"Mançester Yunayted"lə müqaviləsi başa çatan Maruan Fellaini karyerasını "Milan"da davam etdirə bilər.

 

Sportinfo.az xəbər verir ki, İtaliya təmsilçisinin idman direktoru Massimiliano Mirabelli açıqlamasında hələ razılıq əldə edilmədiyini deyib:

 

"Fellaini yaxşı futbolçudu. "Mançester Yunayted"lə müqaviləsini yenilmədiyiin bilirik. Ancaq razılıq əldə etdiyimiz demək çətindir".

 

İtaliya mətbuatında gəzən xəbərlərə görə, "qırmızı-qaralar" belçikalı futbolçuya illik 6 milyon avro maaş olmaqla 3 illik müqavilə təklif ediblər.

 

30 yaşlı yarımmüdafiəçi cari mövsüm "qırmızı şeytanlar"ın heyətində 23 oyuna 5 qol vurub, 1 assist edib.

Tarix: 21 May 17:48    Oxunub: 412    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.