“Keşlə” bu baş məşqçi ilə 1 il müddətinə anlaşdı

“Keşlə” əsas komandanın baş məşqçisi Yuri Maksimovla müqavilənin müddətini uzadacaq.

 

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçinin baş direktoru Rəmiş Malıyev açıqlama verib.

 

Klub rəsmisi bildirib ki, 50 yaşlı ukraynalı mütəxəssislə daha bir il əməkdaşlıq edilməsi ilə bağlı ilkin razılıq əldə olunub: 

 

“Maksimovun işini qənaətbəxş sayırıq. Baş məşqçimiz özü də Azərbaycandakı fəaliyyətindən razıdır. Onunla müqavilə müddətinin uzadılması ilə bağlı söhbətimiz olub və ilkin razılıq əldə edilib. Maksimovla bir illik sözləşmə imzalanacaq".

 

Malıyev "Keşlə”nin heyətində yer alan futbolçuların əksəriyyətinə də yeni müqavilə təklif edəcəklərini deyib. Klub rəsmisi oyunçularla artıq bununla bağlı söhbət etdiklərini və onların fikirlərini öyrəndiklərini vurğulayıb.

 

 Yuri Maksimov ötən il dekabrın 25-də "Keşlə” ilə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkib.

 

Onun rəhbərlik etdiyi kollektiv mayın 28-də Azərbaycan Kubokunun finalında "Qəbələ” ilə qarşılaşacaq. Paytaxt təmsilçisi Premyer Liqada 6-cı yeri tutub.

Tarix: 21 May 17:12    Oxunub: 583    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.