“Barselona”dan Qrizmanna 5 illik müqavilə - razılığa gəldilər

“Barselona”nın “Atletiko”nun hücumçusu Antuan Qrizmann üçün təklif etdiyi müqavilənin incəlikləri bəlli olub.

 

Sportinfo.az xəbər verir ki, artıq tərəflərin demək olar bütün məsələlərdə razılığa gəldiyi iddia edilib.

 

Kataloniya klubunun fransalı futbolçuya 5 illik müqavilə təklif etdiyi bildirilir. Müqavilənin şərtinə əsasən, Qrizmann vergiləri çıxmaqla hər ilinə 15 milyon avro qazanacaq.

 

Başqa bir xəbərə görə, “Atletiko” Qrizmanna qalması üçün ilinə 25 milyon avro təklif etsə də, o, “Barselona”ya keçmək niyyətini bildirib.

Tarix: 21 May 17:00    Oxunub: 428    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.