Lionel Messi 5-ci dəfə "Qızıl buts"un sahibi oldu

"Barselona"nın futbolçusu Lionel Messi 2017-2018 mövsümünün yekununda "Qızıl buts" mükafatının sahibi olub.

 

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu başa çatan La Liqada 36 oyuna 34 qol vurub. 

 

Bununla da 68 xal yığan Messi İngiltərə "Liverpul"unun forvardı Məhəmməd Salahı (Premyer Liqada 36 oyuna 32 qol) üstələyib.

 

Daha əvvəl o, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardir olub.

 

"Qızıl buts" reytinqində oyunçunun vurduğu qolların cəmi çempionatın müvafiq əmsalına vurulur. "Böyük 5-lik" çempionatlarında hər qol 2 xalla qiymətləndirilir.

Tarix: 21 May 14:24    Oxunub: 396    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.