Almeyda bunu söylədi: "Start heyətinin işindən razı qalmadım”

“Bu matç bizim üçün çox vacib idi. Ancaq start heyətinin işindən razı qalmadım”.

 

Sportinfo.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Portuqaliya millisinin baş məşqçisi Manuel Almeyda deyib.

 

Qrupumuzun ilk turunda Azərbaycan Ukrayna 3:1, Bolqarıstan Portuqaliyaya 3:0 hesabı ilə qalib gəlib. 44 yaşlı mütəxəssis Qızıl Avropa Liqasında ilk turu şərh edib.

 

 

Yığmamızla birgə A qrupunda mübarizə aparan portuqaliyalıların baş məşqçisi komandasının Bolqarıstana qarşı lazımı oyunu sərgiləyə bilməməsi səbəbindən məğlub olduğunu vurğulayıb:

 

“Bu qarşılaşma komandamız üçün adaptasiya baxımından əhəmiyyət kəsb edirdi. Buna görə də ilk setlə müqayisədə son 2 hissədə bir qədər yaxşı oynamağa başladıq və çıxışımızdan razı qaldım”.

 

Almeyda Azərbaycan, Bolqarıstan, Ukrayna və Portuqaliyanın yer aldığı A qrupunun favoritini də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan yığması ilə matç da komandası üçün çətin keçəcək:

 

“Bu qrupda Bolqarıstanın daha güclü olduğunu düşünürəm. Amma indi daha bir iddialı rəqibə qarşı çıxış edəcəyik.

 

Azərbaycanla qarşılaşma çox çətin olacaq. Amma komandamın bolqarlarla müqayisədə daha yaxşı mübarizə aparacağını gözləyirəm”.

Tarix: 21 May 14:12    Oxunub: 495    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.