Premyer Liqaya buraxılmayan "Xəzər"lə bağlı MÜHÜM QƏRAR

AFFA-nın Premyer Liqaya buraxmadığı «Xəzər» fəaliyyətini davam etdirəcək.

 

Divizionun son çempionu çıxışını elə aşağı dəstədə sürdürəcək.

 

Bu, klub rəhbərliyinin verdiyi ilk şifahi qərardı. Bu gün bununla bağlı növbəti toplantının keçirilməsi gözlənilir. 

 

Dəyişiklər isə mütləqdi və olacaq. Emin Abbasov icraçı direktor, Gürdüz Abbaszadə isə baş menecr vəzifəsini artıq tərk edib.

 

Hələlik bu vəzifələrə yeni təyinat olmayıb. Həmçinin Elşad Əhmədovdan boşalan baş məşqçi postunu kimin tutacağı dəqiqləşməyib.


Hələlik o məlumdu ki, «Xəzər» başbilənləri yenidən Rəşad Sadıqova müraciət edib. Qış fasiləsindən sonra klubla bütün bağlantılarını kəsən millinin keçmiş kapitanının itirilmiş mövqelərini geri qaytardığını söyləyə bilərik. Komandanın formalaşdrılıması məsələsində Sadıqov yenə əsas söz saşibidi.


SPORTİNFO.AZ

 

Tarix: 21 May 14:00    Oxunub: 711    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.