Guya geciksə, Qurban Qurbanov cəza verəcəkdi

"Qarabağ"ın haitili futbolçusu Donald Gerye milli komandaya getməkdən imtina edib.

 

İlk baxışdan normal görünən, adi bir haldı. Bütün vətənpərvərlik, patriotluq, zad söhbətlərini qoyuram bir kənara, insanın öz seçimidi onlar.

Amma bir də vizyon məsələsi var axı. Haiti millisi Argentina yığması ilə yoldaşlıq oyunu keçirəcək. Dünya çempionatına hazırlaşan Argentina...


Messili, Dibalalı, İkardi, İquayn və s. ulduzların oynadığı, mundialların daimi favoriti olan Argentina...


Milyonlarla göz baxacaq o oyuna...


Bizim məllim isə deyir ki, filan tarixdə filan qədər verib yer bron eləmişəm, nə bilim, o elə, bu belə. Sonra da «Qarabağ»ın təlim-məşq toplanışı var, ora gələcəm.

 

Guya bu klubun toplanışına geciksə, Qurban Qurbanov niyə milliyə getdin deyə cəza verəcək.


Halbuki həmin matçda iştirak etsə, Geryenin hansısa hərəkəti, keçidi, müdaxiləsi oyuna baxacaq kiminsə diqqətini çəkə bilər, karyerası baxımından nəsə hərəkət ola bilərdi. Amma...


Nə deyək, öz seçimidi...


Zaur Xudiyev

Tarix: 21 May 19:48    Oxunub: 966    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.