"Neftçi"nin Əhmədovla vidalaşması... Adamın gözündən gələr e!

 

1. Azərbaycan futboluna xas xüsusiyyət odu ki, avrokuboklara vəsiqə qazana bilmədinsə və ya elitanı tərk etdinsə vay halına.

 

Sanki dünyanın sonudur, həyat bitib.

 

Baş məşqçi gedəcək, heyət söküləcək, maliyyə quruyacaq.

 

2. Vaxtilə autsayder gözüylə baxdığımız "Sumqayıt"ı bu səviyyəyə çatdıran əsas şəxs odu. Hətta ovcundakı vəsiqəni əldən versə də,

 

Samirin məşqçilik bacarığına söz ola bilməz. Rəfiyev klub prezidenti kimi ilk doğru addımını atıb, Abasovu heç hara buraxmamalıdır. 2-3 legioner alsınlar bəsdir.


3. Nə olardı ki, ötən mövsüm bitməmiş Elxan Abdullayevlə müqavilə 3 illiyə uzadılmazdı. Nə olardı ki, Tərlan Əhmədov elə yaydan "Neftçi"nin başına gətiriləydi.

 

Samir çox istedadlı məşqçidi. Amma sənə illər sonra medal qazandıran mütəxəssislə vidalaşmaq... adamın gözündən gələr e.

 

Məncə, "Neftçi" azarkeşi bu məsələdə sözünü deməli, prinsipiallığını ortaya qoymalıdır.


Gəncədən gəlirəm yüküm...


Sərxan Musalı

Tarix: 21 May 18:00    Oxunub: 1056    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.