“Kəpəz”in gələcək taleyini müzakirə etmək üçün...

Topaz Premyer Liqasının sonuncu turu çərçivəsində keçirilən “Kəpəz” – “Neftçi” matçını izləyənlər arasında sürpriz qonaq yer almışdı.

 

Sportinfo.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov “tarixi derbi”ni şəxsən tribunadan izləyirdi.

 

Sonuncu dəfə 2 il əvvəl Nizami Yurduna ayaq basan AFFA rəsmisinin budəfəki gəlişi təsadüfü deyildi. Çalışdığı qurum tərəfindən Gəncəyə xüsusi ilə ezam olunan Cavadovun qarşısına İcra başçısı Elmar Vəliyevlə görüşmək tapşırığı qoyulmuşdu.

 

AFFA və Gəncə Şəhər İcra Hakimiyyəti arasında “sülh elçisi” funksiyasını yerinə yetirməkdə öhdəliyi üzərinə götürən Cavadovun bu arzusu isə ürəyində qalıb.

 

“Kəpəz”in gələcək taleyini müzakirə etmək üçün Elmar Vəliyevlə şəxsən görüşmək istəyən İsgəndər Cavadov İcra Başçısını stadionda tapa bilməyib.

 

Məlum olub ki, Vəliyev işləri ilə əlaqədar Bakıya səfər edib. Səbəbi ziyarəti alınmayan AFFA rəsmisi oyundan dərhal sonra paytaxta qayıdıb.

 

“Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyevin atası olan Elmar Vəliyevlə İsgəndər Cavadovun sıx münasibətlərinin olması bilinir. (idmanxeber.com)

Tarix: 21 May 16:36    Oxunub: 716    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.