Azərbaycanda çempionat başa çatdı, yeni turnir başlayır

Mayın 22-dən 31-ə kimi Bakıda 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş futbol turniri keçiriləcək.

 

«Vətən» RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və «Het-trik news» qəzetinin informasiya dəstəyi ilə keçiriləcək turnirdə 8 komanda 2 qrupda yarışa qoşulacaq.

 

Qruplarda ilk 2 yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Turniri keçirməkdə həm də məqsəd U-16 millimizə futbolçu seçiminin aparılmasıdır. Dünən püşk atılıb və qruplar, eyni zamanda təqvim müəyyənləşib.

 

«A» qrupu

1. «Vətən»

2. «Qarabağ»

3. «Neftçi»

4. «Neftçi» İK İB

 

«B» qrupu

1. «Keşlə»

2. «Zirə»

3. «Sumqayıt»

4. «Səbail»

 

1-ci tur

22 may (çərşənbə axşamı)

16:15 «Zirə» - «Sumqayıt»

17:45 «Keşlə» - «Səbail»

 

23 may (çərşənbə)

16:15 «Qarabağ» - «Neftçi»

17:45 «Vətən» - «Neftçi» İK İB

 

2-ci tur

24 may (cümə axşamı)

16:15 «Səbail» - «Zirə»

17:45 «Keşlə» - «Sumqayıt»

 

25 may (cümə)

16:15 «Neftçi» İK İB – «Qarabağ»

17:45 «Vətən» - «Neftçi»

 

3-cü tur

26 may (şənbə)

16:15 «Sumqayıt» - «Səbail»

17:45 «Zirə» - «Keşlə»

 

27 may (bazar)

16:15 «Neftçi» İK İB – «Neftçi»

17:45 «Qarabağ» - «Vətən»

 

Yarımfinal oyunları mayın 29-u, 3-cü yer və final matçları isə mayın 31-ə təyin olunub. Bütün oyunlar «Neftçi Baza»da keçiriləcək. Yalnız 3-cü yer uğunda və final qarşılaşmaları «Bayıl Arena»da baş tutacaq ("Het-trik news" qəzeti).

Tarix: 21 May 16:24    Oxunub: 827    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.