Demba Ba Çinə qayıtdı

Son mövsümün ikinci yarısını Türkiyənin “Göztəpə” klubunda keçirən Demba Banın yeni iş yeri bəlli olub.

 

Sportinfo.az xəbər verir ki, seneqallı hücumçu sabiq komandası, Çinin “Şanxay Şenxua” klubuna qayıdıb. 

 

Dema Ba köhnə-yeni klubuyla iki illik müqavilə bağlayıb. Anlaşmaya görə, 32 yaşlı forvard Çin təmsilçisindəki ilk mövsümündə 12, ikinci ilində isə 8 milyon avro qazanacaq.

 

Xatırladaq ki, bir müddət “Beşiktaş”da da çıxış etmiş Demba Ba, daha sonra 13 milyon avro qarşılığında “Şanxay Şenxua”ya transfer olmuşdu.

 

Burda ağır zədə alan hücumçu, 1,5 il yaşıl meydanlardan kənarda qalmışdı. Demba Ba son mövsümdə şans qazandığı 13 matçda 7 qola imza atıb.

Tarix: 21 May 16:12    Oxunub: 464    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.