ÇL-in finalından sonra elan edəcəklər - Türkün transferini

“Liverpul”un futbolçusu Əmrə Canın “Yuventus”a keçidi barədə rəsmi məlumat Çempionlar Liqasının finalından sonra veriləcək.

 

Sportinfo.az xəbər verir ki, bu barədə “Yuventus”un idman direktoru Cüzeppe Marotta deyib.

 

Onun açıqlamasından belə məlum olub ki, Əmrənin keçidi ilə bağlı əsas məsələlər həllini tapıb:

 

“Praktiki olaraq, əsas məsələlər həllini tapıb. Biz Canla danışıqlar məsələsində optimist əhvaldayıq. Hesab edirəm ki, Çempionlar Liqasının finalından sonra keçidlə bağlı rəsmi açıqlama verəcəyik”.

 

Can “Yuventus”a azad agent statusunda keçəcək. Onun “Liverpul”la müqaviləsi iyunun 30-da başa çatır.

Tarix: 21 May 13:36    Oxunub: 462    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.