"Fənərbağça"nın Kocaman baş məşqçisi istefa ərizədi yazdı

 Aykut Kocaman "Fənərbağça"nın baş məşqçi postundan ayrılıb.

 

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis qərarını "Konyaspor"a 3:2 hesabı ilə qalib gəldikləri Superliqanın XXXIV tur matçının ardından futbolçulara açıqlayıb.

 

O bildirib ki, növbəti mövsüm komandada qalıb-qalmayacağı qeyri-müəyyəndi. Kocaman qərarını bu həftə kluba təqdim edəcək. Yeni rəhbərlik onunla yola davam etmək istəsə, o, işini davam etdirəcək.

 

Aykut Kocaman "Fənərbağça"da ilk dəfə 2010 - 2013-cü illərdə baş məşqçi olub. O, ikinci dəfə 2017-ci ilin iyununda komandanın sükanı arxasına keçib.

 

Kocamanın rəhbərliyi altında "Fənər" çempionatı gümüş medalla başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanıb.

Tarix: 21 May 13:00    Oxunub: 455    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.