"Yolumuza Tərlan Əhmədovla davam etmək istərdik" - "Neftçi"nin kapitanı

"Mövsümün əvvəllərində çətin günlər keçirdik.

 

Amma nəticə olaraq, bizim üçün hər şey yaxşı qurtardı.

 

Baş məşqçimiz, rəhbərlik və futbolçular vəziyyətdən çıxmaq üçün birləşdilər. Nəhayət, üçüncü yeri tutduq".

 

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin müdafiəçisi Ruslan Abışov Gəncədə "Kəpəz"i 2:1 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXVIII tur matçından sonra deyib. 

 

Flaqmanın kapitanı bildirib ki, hazırkı vəziyyətdə bürünc medal da yaxşı nəticədir: "Baxmayaraq ki, iddialı komandalar arasında olmaq istəmişik. Amma çətin vəziyyətdə bu da bizim üçün yaxşı nəticədir".

 

Avropa Liqasında "Neftçi" və ölkə adına layiqincə çıxış etməyə çalışacaqları deyən Abışov hazırkı baş məşqçi Tərlan Əhmədovla yola davam etmək istədiklərini vurğulayıb:

 

"Sözsüz ki, uğurlu nəticələr Tərlan Əhmədovun təyinatından sonra gəlməyə başladı. Bu, göz qabağındadı. Futbolçu olaraq, baş məşqçimizə dəstəyik.

 

Əlbəttə, komanda güclənməlidi. Yəqin ki, rəhbərlik və baş məşqçimiz bu yöndə müəyyən müzakirələr aparacaq.

 

Avroliqada layiqincə çıxış etmək üçün komandada səviyyəli yerli və əcnəbi futbolçular cəlb edilsəydi, daha yaxşı olardı. Hazırkı baş məşqçimizlə yola davam etmək istərdik".

 

Tərlan Əhmədovun "Neftçi" ilə müqaviləsi mayın 31-də başa çatacaq. Klub 47 yaşlı mütəxəssisə hələlik yeni müqavilə təklif etməyib.

Tarix: 21 May 12:36    Oxunub: 579    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.