Messi Qrizmanna zəng etdi, ona nə vəd verdi?

“Atletiko” rəhbərliyi israrla bildirir ki, Antuan Qrizmann komandada qalacaq. Ancaq “Barselona” rəhbərliyi də sakit dayanmır. Kataloniyalılar Qrizmannın transferini həll etmək üçün bütün mümkün variantlara əl atırlar.

 

Sportinfo.az xəbər verir ki, bu məsələyə “Barsa”nın lideri Lionel Messi də qoşulub.

 

O, Antuan Qrizmannla şəxsən söhbət edib. Messi Antuana zəng edərək, onunla danışıb. Leo fransız futbolçuya vəd verib ki, onu “Barselona”da böyük sevinclə qarşılayacaqlar.

 

“Atletiko” Qrizmanna yeni - 5 illik müqavilə təklif edib. Yeni müqavilədə hətta ona “Barselona”nın təklif etdiyindən də artıq məvacib vəd olunub. Amma futbolçu hələ bu təklifi qəbul etməyib.

Tarix: 21 May 15:12    Oxunub: 461    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.