Liqa: "Neftçi", yoxsa "Keşlə"?

Bu gün «Bakcell U-17 Liqası»nda 33-ci turun oyunları  keçiriləcək və bununla da cari çempionat başa çatacaq.

 

«Qəbələ» çempionatın başa çatmasına bir neçə tur qalmış çempionluğu özünə təmin etmişdi. «Səbail» isə 32-ci turda gümüş medalları özününküləşdirmişdi.

 

Bürünc medalların sahibi hələki məlum deyil. «Neftçi», yoxsa «Keşlə»? Bu suala bu gün aydınlıq gələcək.

 

33-cü tur

11:00 «Səbail» - «Zirə»

(«Bayıl Arena»)

 

13:00 «Keşlə» - «Qarabağ»

(«İnter Arena», 4-cü meydan)

 

14:00 «Kəpəz» - «Neftçi»

(Gəncə şəhəri, TİM-nin meydanı)

 

14:00 «Xəzər Lənkəran» - «Ağsu»

(Lənkəran şəhər stadionu)

 

14:00 «Neftçi» İK İB – «Sumqayıt»

(Lökbatan OİK-nin stadionu)

 

15:00 «Mil Muğan» - «Qəbələ»

(İmişli şəhər stadionu )

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: İlkin Əbiyev («Neftçi»), Rasim Xəlilov («Xəzər Lənkəran»), Yaqub Hüseynov («Neftçi» İK İB).

 

Bombardirlər: İbrahim Novruzov («Sumqayıt») - 30, Xəlil Bəşirov («Səbail») – 29 qol, Xəyal Bədirov («Səbail») - 27 qol, Nicat Musayev («Neftçi») – 26.

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 21 May 12:24    Oxunub: 593    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.