“Azərbaycanla matçda ancaq qələbə üçün oynayacağıq”

Qazaxıstan millisinin və “Astana”nın müdafəçisi Dmitri Şomko millimizlə iyunun 5-də Astanada keçirləcək yoxlama görüşü ilə bağlı fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, sports.kz saytına danışan futbolçu deyib ki, Azərbaycanla matçda ancaq qələbə üçün oynayacaqlar.

 

“Evdə, azarkeşlərimiz qarşısında oynayacağıq. Bundan başqa, bu, Stanimir Stoilovun millimizdə ilk matçı olacaq. Düşünürəm ki, yaxşı oyun alınacaq.

 

Bütün azarkeşləri stadiona gələrək bizə dəstək olmağa çağırıram. Mənə görə, hazırda komandada hər şey qaydasına düşür. Qazaxıstan millisi tədricən öz hədəfinə doğru gedir” – deyə o bildirib.

Tarix: 21 May 11:48    Oxunub: 514    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.