Simeone hər şeyi açıqladı: “Qarabağ”la oyunlardan sonra...”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının bu mövsümkü çıxışını dəyərləndirərkən “Qarabağ”la oyunları da yada salıb.

 

Sportinfo.az xəbər verir ki, o qeyd edib ki, məhz “Qarabağ”la matçlardakı xal itkiləri səbəbindən Çempionlar Liqasında mübarizəni erkən dayandırmalı olublar.

 

“Eyni zamanda biz İspaniya kubokunda “Sevilya”nı keçə bilmədik. Bundan sonra özümü toparladıq, Avropa Liqasında uğurlu yarışaraq finala çıxdıq və kuboku qazandıq. Bu mənada, ümumi dəyəyləndirsəm, mövsümü komandam üçün uğurlu sayıram”.

 

“Qarabağ”la “Atletiko” ÇL-in qrupunda qarşılaşıblar. Bakıdakı oyun 0:0, Madriddəki görüş isə 1:1 hesabı ilə yekunlaşıb.

Tarix: 21 May 11:36    Oxunub: 536    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.