"Məni sevməyənlər hələ uzun müddət bu duruma dözməli olacaq"

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo gələcək karyerası ilə bağlı danışıb.

 

Sportinfo.az xəbər verir ki, Mourinyo yaxın gələcəkdə karyerasını bitirməyi düşünmədiyini deyib.

 

O, hələ uzun müddət futbolda qalacağını vurğulayıb: “Bu, mənim təbiətimdi. Hesab edirəm ki, məşqçi olmasaydım da, çalışacağım başqa bir sahədə də uğur qazanacaqdım.

 

Məsələn, yaxşı bədən tərbiyəsi müəllimi ola bilərdim. Həmişə belə xarakterdə olmuşam. Saçlarım mənim barəmdə həqiqəti söyləmir.

 

Ola bilsin ki, insanlar mənim yaşlı olduğumu düşünürlər. Bu fikir ona görə yaranıb ki, mən məşqçiliyə çox gənc yaşımda başlamışam.

 

Bəlkə də insanlar mənim 66 yaşımın olduğunu düşünürlər. Ancaq mənim 66 yox, 55 yaşım var. Onu da deyim ki, məni sevməyənlər hələ uzun müddət bu duruma dözməli olacaqlar”.

Tarix: 21 May 11:24    Oxunub: 442    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.