“Qarabağ” “Qalatasaray”la eyni səbətdə yer aldı - ÇL-da

Çempionlar Liqasında təmsilçimiz “Qarabağ”ın Türkiyədə 21-ci dəfə birinci olan “Qalatasaray”la eyni səbətdə yer alacağı gözlənilir.

 

Sportinfo.az xəbər verir ki, son illər Azərbaycan klubu Avropa yarışlarında uğurlu çıxış etdiyi üçün xeyli irəliləyib.

 

Türkiyə komandasına gəlincə, qitə turnirində zəif çıxışı səbəbindən UEFA reytinqində xalı az olduğundan 1, 2 və 3-cü yox, 4-cü səbətdə yer alacaq ki, bu da “Qalatasaray”ın işini çətinləşdirəcək, güclü rəqiblə qarşılaşacaq.

 
 
Çempionlar Liqasının püşkündə iştirak edəcək olan klubların səbətləri böyük ölçüdə məlum olub. Nəticələrə əsasən 3 və 4-cü səbətdə dəyişiklik ola bilər. Çempionlar Liqasının finalında “Liverpul” “Real Madrid”i məğlub edərsə 1-ci, bunu bacarmasa isə 3-cü səbətə keçəcək.

Çempionlar Liqasında 4-cü səbətdə əksər dövlətlərin klublarının yer alacağı qətiləşib. “Qalatasaray” böyük ehtimalla  Almaniya (“Hoffenhaym”), İspaniya (“Valensiya), Belçika (“Brügge”) ilə birlikdə Çexiya, Avstriya, Belarus, Yunanıstan, Rusiya, Bolqarıstan, Azərbaycan, Qazaxıstan, Şotlandiya, Serbiya, İsveç, Polşa və ya Danimarka kimi ölkələrin təmsilçiləri ilə eyni sırada olacaq.

 

Ulduzla göstərilən komandalar səbətini dəyişə bilər. Bu, həmin klubların təsnifat mərhələsindəki nəticəsindən asılıdır. Məsələn, Niderlandın “Ayaks” klubu rəqibini mübarizədən kənarlaşdırsa, 3-cü səbətdə yer alacaq. “Liverpul” “Real Madrid”i finalda udarsa, qalib komanda 1-ci səbətə yüksələcək, məğlub klub 2-ci səbətə düşəcək.

 
1-ci səbət (təxmini)

Real Madrid*
Atletiko Madrid
Bayern Münxen
PSJ
Mançester Siti
Yuventus
Lokomotiv Moskova
Barselona

2-ci səbət (təxmini) 
Borussiya Dortmund
Porto
Mançester Yunayted
Şaxtyor Donetsk
Napoli
Benfika*
Bazel*
Tottenhem*

3-cü səbət (təxmini)

Liverpul*
Monako*
Latsio*
Roma
Şalke
SSKA Moskova
Zalzburq*
Olimpik Lion*
Ayaks*

4-cü səbət (dəqiqləşib) 
 Qalatasaray
Valensia
Club Brügge
Hoffenhaym
*
*
*
*

Tarix: 21 May 10:48    Oxunub: 806    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.