Şəfəq Hüseynli WADA-nın toplantısında nələri mükakirə edib?

Kanadanın Monreal şəhərində WADA-nın təsisçilər şurasının və icraiyyə komitəsinin iclası olub.

 

Sportinfo.az xəbər verir ki, tədbirdə ölkəmizi Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli təmsil edib.

 

O, səfər çərçivəsində təşkilatın mənzil-qərargahında olub və bir sıra işgüzar görüşlər keçirib. WADA-nın təhsil və maarifləndirmə şöbəsinin müdiri Toni Kanningemlə Azərbaycanda dopinqlə mübarizə ilə bağlı keçirdiyi maarifləndirmə tədbirləri və antidopinq sahəsində beynəlxalq layihələrdə iştirakı perspektivləri müzakirə edilib. 

 

Beynəlxalq federasiyalarla əlaqələr departamentinin rəhbəri Qabriel Zangenfaynd ilə AMADA-nın beynəlxalq idman federasiyaları ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək planları haqqında fikir mübadiləsi aparılıb.

 

WADA-nın direktor müavini, milli və regional antidopinq agentlikləri ilə əlaqələr üzrə məsul şəxs Tom Meylə söhbət zamanı, Azərbaycanda dopinqlə mübarizənin strateji inkişaf istiqamətləri, həmçinin qarşılıqlı ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsindən danışılıb.

 

Antidopinq fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıqda mühüm platformalardan sayılan WADA-nın təsisçilər şurasının və icraiyyə komitəsinin növbəti iclasları bu ilin noyabrında AMADA-nın təşkilatçılığı ilə Bakıda keçiriləcək.

Tarix: 21 May 10:36    Oxunub: 461    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.