“Ararat”ı indi də Rusiyadan qovdular - Ermənistana köçür

Moskvanı təmsil edən “Ararat” klubu bundan sonra Ermənistan çempionatında çıxış edəcək.

 

Sportinfo.az xəbər verir ki, bu barədə “Ararat”ın baş direktoru Poqos Qalstyan məlumat verib.

 

O, bildirib ki, Rusiyada çıxışlarını davam etdirmək üçün onlara lisenziya verilməyib: “Bəli, həqiqətən də “Ararat” Ermənistana köçür. Bu, lisenziya verilməməsi ilə bağlıdı.

 

Düzdü, apellyasiya şikayəti verəcəyik, ancaq rəhbərlik köçəcəyimizlə bağlı futbolçuları məlumatlandırıb. Çətin ki, lisenziya ala bilək. Görünür, elə problemlərimiz var ki, onu həll etmək iqtidarında deyilik.

 

Komandanı təzədən yığmaq lazım gələcək. Çünki futbolçuların əksəriyyəti Ermənistana getmək istəmir. Təəssüf ki, belə alındı. Emənistan çempionatında “Ararat Ermənistan” adı altında çıxış edəcəyik”.

Tarix: 21 May 10:24    Oxunub: 566    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.