"Mənə də uşaqlar dedi ki, o, komandadan getdi"

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın sonuncu – 28-ci turunda evdə “Zirə”yə uduzaraq (1:2) avrokuboklardan kənarda qalan “Sumqayıt”ın hücumçusu Amil Yunanov oyun haqda sualları cavablandırıb.

 

- Axırıncı 5 oyunda qələbə qazanmadıq. Kubokdan sonra bu vəziyyətə düşdük. Toparlana bilmədik. Çox üzgünük, çox məyusuq. İstəyirdik ki, azarkeşlərimizin önündə ən azı 4-cü yeri təmin edək. Bundan sonra “Qəbələ”nin “Keşlə”ni məğlub etməsini gözləyəcəkdik. Ancaq təəssüf ki, alınmadı. Paltardəyişmə otağında da hələ heç kim özünə gəlməyib. Bunun şokundayıq. Çox çətin, çox üzücü oyun oldu. Qarşılaşma barədə başqa nə deyə bilərəm ki?

 

Samir Abasov istefa verdi, yəqin xəbərin var. Paltardəyişmə otağında sizə son sözü nə oldu?
- Bu barədə heç nə bilmirəm. Mənə də uşaqlar dedi ki, komandadan getdi.

 

Öz gələcəyini harda görürsən?
- Heç bir klubdan təklif almamışam. Heç “Sumqayıt”la da yeni müqavilə ilə bağlı danışığımız olmayıb. Hələ vaxt çoxdu.

 

Başqa klubdan təklif olsa, “Sumqayıt”da qalacaqsan?
- Bunun üçün başqa klubdan təklif olmalıdı. Bu komandada pis-yaxşı mövsümlərim olub. İstəyərdim ki, ilk növbədə öz klubum, “Sumqayıt”la danışım. Daha sonra başqa komandalardan gələn təkliflərə diqqət yetirim.

 

Samir Abasov daim sənə güvənib. Sabah o başqa klubun baş məşqçisi kimi sənə dəvət göndərsə, sən də baş məşqçi ilə “Sumqayıt” arasında seçim qarşısında qalsan, hansına üstünlük verərsən?
- Samir Abasovun üzərimdə haqqı çoxdu. Mən onun rəhbərliyi altında çox şans qazanmağa başladım. Əlbəttə, başqa komandanın baş məşqçisi kimi mənə dəvət göndərsə, dəyərləndirərərəm. Ancaq yenə də, “Sumqayıt”dan təklif gəlsə, ilk növbədə bu klubla danışacam.

Tarix: 21 May 10:12    Oxunub: 701    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.