"Getdi? Şükür Allaha, bundan sonra “Yuventus”a azarkeşlik edə bilərəm"

1998-ci ilin Çexiya gözəli Alyona Şeredova Canluici Buffonun “Yuventus”dan getməsinə sevinir.

 

Sportinfo.az xəbər verir ki, Buffonun sabiq həyat yoldaşı olan Alyona bundan sonra “Yuve”yə azarkeşlik edə biləcəyini deyib.

 

O, qapıçıdan ayrılmasının da səbəbi barədə danışıb: "Buffon getdi? Şükür Allaha, bundan sonra “Yuventus”a azarkeşlik edə bilərəm. Onun xəyanəti barədə bərbərə gedərkən radioda eşitdim.

 

Yaxşı ki, həmin vaxt qəza törətmədim. Aramızda olan bütün bunlardan sonra o, mənə çox soyuq münasibət bəsləyir”.

 

Alyona ilə Buffon 2011-2014-cü illərdə nikahda olublar. Toy günü onların artıq iki oğlan övladı vardı.

Tarix: 21 May 09:48    Oxunub: 535    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.