Eddi İsrafilovsuz qələbə

İspaniya Birinci Divizionunda (Sequnda) 40-cı turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:0.

 

Eddi bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

“Alkorkon" geridə qalan turlarda 48 xal toplayıb və hazırda 22 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Tarix: 21 May 09:36    Oxunub: 383    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.