"Zirə"nin gələcəyi "Qəbələ"likdi

Premyer Liqada 2017/18 mövsümünün bütün mükafatçıları məlum olub.

 

Sportinfo.az xəbər verir ki, hələ sona 4 tur qalmış çempionluğunu bayram edən “Qarabağ” rəqibləri üçün əlçatmaz olmuşdu. 

 

“Qarabağ”ın ardından “Qəbələ” gümüş medalları özü üçün təmin etmişdi. Dünən keçirilən oyunlardan sonra isə bürünc mükafatın sahibi məlum olub.

 

Bürünc üçün ideal şansı olan “Neftçi” bundan maksimum yararlanıb. Belə ki, səfərdə “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən Tərlan Əhmədovun komandası digər oyunların nəticəsindən asılı olmayaraq, bürünc medallara sahib olub.

 

Bu nəticələrdən sonra “Qarabağ” Azərbaycanı Çempionlar Liqasında, “Qəbələ” və “Neftçi” isə Avropa Liqasında təmsil etmək hüququ qazanıb.

 

Avroliqadakı digər təmsilçimizin adına Azərbaycan Kubokunun “Keşlə” və “Qəbələ” arasında baş tutacaq final matçından sonra aydınlıq gələcək.

 

Bu gün baş tutacaq “Qəbələ” – “Qarabağ” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil olunacaq. Topaz Premyer Liqasının qalib və mükafatçıları bu zaman öz medallarına qovuşacaqlar.

Tarix: 21 May 08:36    Oxunub: 442    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.