"İnter" yeni mövsümdə İtaliyanı ÇL-də təmsil edəcək - VİDEOLAR

İtaliya A Seriyasında 2017/18 mövsümünə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçirilib.

 

Çempion “Yuventus” mövsümə “Verona” ilə ev matçı ilə yekun vurub. Üç qolun qeydə alındığı qarşılaşmada Turin təmsilçisi qələbə qazanan tərəf olub.

 

Son oyun günündə isə A Seriyasından Çempionlar Liqasına son vəsiqənin sahibinin və aşağı liqaya düşəcək sonuncu komandanın adına aydınlıq gəlib.

 

Romada, “Olimpiko” stadionunda “Latsio” “İnter”i qəbul edib. Meydan sahiblərinə qitənin ən nüfuzlu klub turnirinə vəsiqə üçün heç-heçə də sərf edirdi.

 

Luçano Spallettinin yetirmələri isə ÇL “bilet”i üçün paytaxtdan 3 xalla qayıtmalıydı. Beş qolun qeydə alındığı dramatik görüşdə sevinən tərəf qonaqlar olublar. 

 

A Seriyasını tərk edəcək son komandanın adına isə “Napoli” - “Krotone” və SPAL - “Sampdoriya” matçlarında aydınlıq gəlib. Həm “Krotone”nin, həm də SPAL-ın eyni - 37 xalı vardı. Son turda daha yaxşı nəticə əldə edəcək komanda A Seriyasında yerini təmin edəcəkdi.

 

Hər iki matçda eyni nəticə qeydə alınsa, şəxsi oyunlarda daha yaxşı nəticəyə malik SPAL yüksək liqada qalacaqdı. "Krotone" Neapol səfərindən məğlubiyyətlə qayıdıb. SPAL isə doğma meydanda qələbə qazanmaqla elitadakı yerini qoruyub.

 

Beləliklə, çempion olan "Yuventus"la yanaşı, gümüş və bürünc medalların sahibi olan "Napoli"ylə "Roma", eləcə də son anda "Latsio"nu 5-ci pilləyə düşürən "İnter" növbəti mövsümdən İtaliyanı ÇL-də təmsil edəcək.

 

"Latsio", "Milan" və "Atalanta" Avropq Liqasında mübarizə aparmaq hüququ qazanıb. "Krotone", "Verona" və "Benevento" isə elitanı tərk edib.

 

Yuventus - Verona 2:1
Qol: Ruqani, 49. Pyaniç, 52 - Çerçi, 76.

 

Cenoa - Torino 1:2
Qol: Pandev, 80 - Falke, 30. Bazelli, 58.

Milan - Fiorentina 5:1
Qol: H.Çalhanoğlu, 23. Kutrone, 41; 59. Kaliniç, 49. Bonaventura, 76 - Simeone, 20.

Kalyari - Atalanta 1:0
Qol: Keppitelli, 87.

Kyevo - Benevento 1:0
Qol: İnqlese, 49.

Napoli - Krotone 2:1
Qol: Milik, 23. Kallexon, 32 - Tumminello, 90.

SPAL - Sampdoriya 3:1
Qol: Antenuççi, 4-pen; 52. Qrassi, 50 - Kovnaçki, 65.

Udineze - Bolonya 1:0
Qol: Fofana, 30.

Latsio - İnter 2:3
Qol: Perişiç, 9-avtoqol. Anderson, 41 - Dambrosio, 29. İkardi, 78-pen. Vesino, 81.

Sassuolo - Roma 0:1
Qol: Peqolo, 45-avtoqol.


 - - - -
 
Tarix: 21 May 08:12    Oxunub: 1440    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.