Avropa klubunda ilk dəfə çempion olan azərbaycanlı - FOTO

Kosovo çempionatında mövsümə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, mövsümün həlledici oyunu bu gün 33-cü tur çərçivəsində azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi “Drita” “Priştina” arasında baş tutub.

 

Son tura lider kimi daxil olan futbolçumuzun komandasına əsas izləyicisi ilə görüşdə çempionluğu təmin etmək üçün heç-heçə də kifayət edirdi. Qarşılaşma qolsub başa çatıb.

 

Bu nəticə ilə xallarının sayını 67-yə çatdıran “Drita” ölkə çempionu olub. “Priştina” isə 64 xalla 2-ci pilləni tutub. Amit Kosovo klubunda bu ilin yanvar ayından etibarən çıxış edirdi.

Tarix: 21 May 00:40    Oxunub: 683    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.