Yuri Maksimov: “O, meydanda dediklərimi etmirdi, ona görə də..."

“Çempionatın son oyunu idi. Bu görüşün nəticəsi hər iki komanda üçün əhəmiyyət kəsb etmirdi.

 

Buna baxmayaraq, qarşımıza yüksək hədəf qoymuşduq.

 

Aşağı düşmək olmazdı. Onlar da sağ olsunlar, meydana çıxdılar və qələbə qazandılar”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Premyer Liqanın sonuncu - 34-cü turunun “Səbail”lə oyunundan sonra keçirilən mətbuat konfransında “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

 

Səfərdə 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşma barədə fikirlərini açıqlayan ukraynalı mütəxəssis daha sonra jurnalsitlərin suallarını cavablandırıb.

 

Sezar Meza Kolli niyə oynamadı?
- Sezarın müəyyən vaxtdır ki, zədəsi var. MRT müayinəsindən keçib, zədəsinin nə ilə bağlı olduğunu müəyyənləşdirirlər. Bizim üçün vacib oyunçudur. Çalışacağıq ki, mayın 28-nə kimi hazır olsun.

 

Bəs Pərdis Fərcad-Azadı erkən əvəzləməyiniz nə ilə bağlı idi?
- Pərdis meydanda mənim dediklərimi etmirdi. Ona görə də futbolçunu əvəzləməyi lazım bildim.

 

Son oyunlarda komandamız qələbə qazanır. Deyəsən, kubokda finala çıxmağınız futbolçularda özünəinam yaradıb...
- Əlbəttə, komandaya yeni futbolçular gəlmişdi.Onların bir-birinə uyğunlaşması üçün vaxt lazım idi. Digər tərəfdən, komandanın qarşısında məqsəd olmalıdır. Finala çıxmaq oyunumuza müsbət təsir göstərdi.

 

Final oyunu üçün Qəbələyə nə vaxt gedəcəksiniz?
- Oyuna 1 gün yarım qalmış Qəbələyə getməyi planlaşdırırıq. 

Tarix: 21 May 00:30    Oxunub: 538    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.