Bu ölkədə iki klub elitanı tərk etdi, biri hələ - VİDEOLAR

Fransa çempionatında 2017/18 mövsümünə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, son turda Çempionlar Liqasına vəsiqə qazanan komandaların adlarına aydınlıq gəlib.

 

“Monako”, həmçinin Lion və Marsel “Olimpik”lərindən ikisi qitənin ən nüfuzlu klub turnirində iştirak haqqı qazanacaqdılar.

 

Marsel “Olimpik”i evdə “Amyen”ə, “Monako” səfərdə “Trua”ya, Lion “Olimpik”i isə doğma meydanda “Nitsa”ya qalib gəlib.

 

Bu nəticələrdən sonra çempion olan PSJ ilə yanaşı, "Monako" və Lion “Olimpik"i də Fransanı növbəti mövsümdə Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

 

Marsel “Olimpik"i, "Renn" və "Bordo" Avropa Liqasında mübarizə aparmalı olacaq. "Mets" və "Trua" klubları elitanı tərk ediblər.

 

20 iştirakçı arasında 18-ci yeri tutan "Tuluza" isə Liqa 1-də qalmaq üçün pley-off oyunlarında qüvvəsini sınayacaq.

 

Kan - PSJ 0:0

Dijon - Anje 2:1
Qol: Kapelle, 22-avtoqol. Tavares, 75 - Tayt, 53.

Olimpik (Lion) - Nitsa 3:2
Qol: Depay, 48; 65; 86 - Plea, 18; 88.

Olimpik (Marsel) - Amyen 2:1
Qol: Sanson, 10. Mitroğlu, 18 - Konate, 30.

Mets - Bordo 0:4
Qol: Breytvayt, 10. Malkom, 17. Kamano, 44. De Preville, 78.

Nant - Strasburq 1:0
Qol: Dubois, 32.

Renn - Monpelye 1:1
Qol: Hunou, 13 - Mbenza, 17.

Sent-Etyen - Lill 5:0
Qol: Bamba, 7. Hamuma, 13; 39; 61. Malkuyt, 65-avtoqol.

Tuluza - Genqam 2:1
Qol: Qradel, 59. Sanoqo, 63 - Qrenye, 66.

Trua - Monako 0:3
Qol: R.Lopes, 22; 71. Mbula, 90.


 - - -

 

Tarix: 21 May 00:20    Oxunub: 1521    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.