Hərbçilər arasında dünya çempionatının bağlanış mərasimi keçirildi

Moskvada hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının təntənəli bağlanış mərasimi keçirilib.

 

Sportinfo.az xəbər verir ki, mərasimdə Beynəlxalq Hərbi İdman Şurasının (CISM) rəsmi nümayəndəsi Kim Hyun Soo, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin, Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili və digər şəxslər iştirak ediblər.

 

Bağlanış mərasimində çıxış edən CISM-in rəsmi nümayəndəsi Kim Hyun Soo yarışın əhəmiyyətindən danışıb, idmançılara gələcək yarışlarda uğurlar arzulayıb.

 

Çempionat bağlı elan edildikdən sonra CISM-in bayrağı gələn il yarışlara ev sahibliyi edəcək Çinin Müdafiə Nazirliyinin nümayəndəsinə təqdim edilib. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

 

İyirmi iki ölkədən 350-dən artıq nümayəndənin iştirak etdiyi çempionatda Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası 2 qızıl, 3 gümüş və 6 bürünc medal olmaqla 11 medal qazanıb.

Tarix: 21 May 00:10    Oxunub: 365    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.