Azərbaycan hərbçilərin dünya çempionatında daha 3 medal qazandı

Azərbaycanın daha bir güləşçisi Rusiyanın paytaxtı Moskvada hərbçilər arasında keçirilən 33-cü dünya çempionatında qızıl medal qazanıb.

 

Sportinfo.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yer alan yunan-Roma güləşçisi Həsən Əliyev final görüşündə rusiyalı Çingiz Labazanovu 5:2 hesabı ilə yenib.

 

O, hərbçilər arasında ikinci dəfə dünya çempionu olub. Daha əvvəl H.Əliyev 2016-cı ildə Makedoniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

 

Digər çəkilərə gəldikdə, Rafiq Hüseynov (82 kq) 5:2, İslam Abbasov (87 kq) 8:1 hesabı ilə almaniyalı rəqiblərinə qalib gələrək bürünc medala sahib olublar.

 

Beləliklə hərbçilər arasında dünya çempionatında Azərbaycan yığma komandası 2 qızıl, 3 gümüş və 6 bürünc olmaqla, ümumilikdə, 11 medal qazanıb.

Tarix: 20 May 21:26    Oxunub: 326    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.