Dəfn olunan alpinist qızın arzusu: "Bir qızım olsun…"

2017-ci il dekabrın 23-də Tufandağ istiqamətində səfərə çıxan və 24 dekabrdan itkin düşən, uzunmüddətli axtarışlardan sonra ötən gün cənazəsi tapılan 3 gənc alpinistimizdən biri - bu gün Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılan Fəridə Zəbiyulla qızı Cəbrayılzadəni yad edənlər onun şeirlərini paylaşıblar.

 

Xüsusən "Bir qızım olsun" şeiri mərhumun nakam arzusu kimi diqqət çəkir və təsirli reaksiyalar doğurur.

 

Sportinfo.az Fəridə Cəbrayılzadənin sözügedən şeirini təqdim edir:

 

Bir qızım olsun

 

Sahib ola bilmədiklərimi ona verə bilim,

 

Ola bilmədiklərimi deyim

 

Bir qızım olsun

 

Necə möhkəm ayaq üstdə dayanmağı öyrədim,

 

Əclafların qarşısında üzülməməyi öyrədim.

 

Qadın kömək istəyənin dadına çatmaq üçün yumruğunun qaldırar

 

Bir qızım olsun,

 

Söz versin, insanlara tez inanmasın,

 

Tez ürəkdən bağlanıb, qucağını açmasın,

 

Alət kimi bir gecəlik olmasın,

 

Eşq təcrübəsi olsun, bədəninə görə arzulanmasın

 

Aciz olmasın, sükut etməsin

 

Yüksəklərdə qanad çırparkən süqut etməsin.

 

Bir qızım olsun

 

Dul qalsa əgər,

 

Təhqir olunmağına izn verməsin.

 

Başqalarının əmlakı olmadığını bilsin,

 

Möminlərin bir saatlıq siğəsi olmadığını bilsin.

 

Bir qızım olsun,

 

Ona deyim ki, səsinə cəsarət qatsın

 

Bilsin ki, onun saçlarından kimsəyə zərər olmaz,

 

Əgər ana ola bilməsə kişilər ölməz !

 

Bir qızım olsun

 

Evli qadına rəhm edə bilsin,

 

Kişi icazəsi olmadan nəfəs ala bilsin,

 

İstəyirəm quşları qəfəssiz çəkə bilsin.

 

Mələk olsun istəmirəm...

 

səhvləri olsun,

 

İstəyirəm qadın olsun...

 

qadın ölsün.

 

Budur qadınlıq!

 

Bir qızım olsun

 

Bilsin ki, dünya onun üçün yaxşı yer olacaq,

 

Kimsə qadına şiddətə cəhd etməyəcək.

 

Kimsə onu incitməyəcək.

Tarix: 19 May 13:12    Oxunub: 397    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.