"Vay o günə ki, futbol ola və gec yatasan!” - Tanınmış aktyor

“Səhər saat 6-da xoruzlarla bərabər oyanırıq.

 

Çox çətin məsələdir. Tez yatmalısan ki, efirdə ayıq olasan. Vay o günə ki, futbol ola və gec yatasan”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri aparıcı Azər Axşam  “ATV kulis” verilişində deyib.

 

O, bu yaxınlarda rol aldığı “4 baş” filmindən danışıb. O, ekran işindən narazı qaldığını söyləyib: “Orda bəzi problemlər ortaya çıxdı, ürəyimcə olmadı. Sponsor bizi yarıyolda qoydu və səhnələri çəkə bilmədik.

 

Rejissor əlində olan kadrlarla film yığdı. Ekran işində səs də mənim deyil, çünki səsləndirmədim. Üstün tərəf odur ki, filmdə söyüşdən istifadə edilmədi.

 

İndi seriallarımız çoxdu, amma vaxt sıxıntısı var. Aktyora da lazımi qədər pul verilmir. Biz də məcbur oluruq bir neçə işin dalınca qaçaq. Çünki buradan aldığımız pulla dolana bilmirik”.

 

Tarix: 19 May 10:48    Oxunub: 400    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.