Bu il çempion kim olacaq?

Mayın 19-20-də “Boulevard U-15 Liqası"nda mövsümün son turu keçiriləcək. 

 

Bu gün 5, bazar günü isə 2 oyunun baş tutacağı turda çempionun kimliyinə məhz həmin 2 oyunda aydınlıq gələcək.

 

«Vətən»ə qızıl medallar üçün «Qarabağ»la səfər oyununda cəmi 1 xal bəs edir. Bu və «Qəbələ»nin qalib gələcəyi halda «Vətən»lə «Qəbələ»nin xalları eyniləşəcək ki, bu komandaların öz aralarında keçirdikləri oyunlardakı nəticələrə görə (1:1, 3:1) «Vətən» daha yaxşı nəticəyə malik olduğu üçün 1-ci yeri tutacaq.

 

Yox, əgər «Vətən» məğlub olarsa… «Qəbələ»nin «Viləş» önündə 3 xalı rahat götürəcəyi ehtimalı böyükdür. Belə olan halda «Qəbələ» çempionluğu bayram edəcək.

 

28-ci tur / 19 may (şənbə)

13:00 «Neftçi» - «Turan»

(Binə qəsəbə stadionu)

 

13:30 «Keşlə» - İsgəndər Cavadov BFA

(«İnter Arena», 4-cü meydan)

 

14:00 «Neftçi» İK İB – «Sumqayıt»

(Lökbatan OİK-nin meydanı)

 

15:00 «Kəpəz» - «Zaqatala»

(Gəncə şəhəri, TİM-nin meydanı)

 

16:00 İOEUGİM – «Zirə»

(Sumqayıt şəhəri, Mehdi Hüseynzadə adına stadion)

 

20 may (bazar)

16:00 «Qəbələ» - «Viləş»

(Qəbələ şəhər stadionu)

 

16:00 «Qarabağ» - «Vətən»

(«Sərhədçi» OİK-nin meydanı)

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Sərvin İsmayılov («Sumqayıt»), Sənan Əliyev («Kəpəz»), Fərda Qurbanov («Zaqatala»), Cavidan İzzətli («Qarabağ»).

 

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 32 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 26 qol.

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 19 May 10:00    Oxunub: 391    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.