"Nə Hadisə, hansı Hadisə, nə “plyaj”, hansı “plyaj”?!”

Milli Məclisin sabiq deputatı, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov qardaşıoğlu, Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədovun Türkiyənin Bodrum şəhərində müğənni Hadisəyə mülk bağışlaması xəbərinə münasibət bildirib.

 

Sportinfo.az-ın azxəbər.com-a istinadən məlumatına görə, sabiq millət vəkili bunu uydurma adlandırıb:
 
“Ziya Məmmədovun, mənim, onun və mənim övladlarımın haqqında olmazın şaiyələr uydurur, ağızlarına gələni yazırlar.

 

Bunlar hamısı yalandır, şərdir, böhtandı, məqsədli şəkildə təşkil olunan qara-piardı. Nə Hadisə, hansı Hadisə, nə “plyaj”, hansı “plyaj”?!”.

 

Bir mddət əvvəl yayılmış məlumata əsasən, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur türkiyəli müğənni Hadisə üçün aldığı “La Plaj” dağıdılıb. 

 

“La Plaj” 2016-ci ildə tikilib. Obyektin ilk sahibi Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, işadamı Anar Məmmədov olub. O, bu obyekti Hadisə Azərbaycana gələndə ona hədiyyə edib.

 

O vaxt obyektin sənədləşməsi tam başa çatmayıbmış. 2017-ci ildə Bodrum şəhər bələdiyyəsi ictimai yerə aid ərazinin zəbt edilməsi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı müğənni Hadisədən obyektin sənədlərini təqdim etməsi tələb olunub.

 

İş adamı Anar Məmmədovdan “La Plaj”ın sənədlərini ala bilməyən Hadisə son məhkəmə prosesində şokla üzləşib. Bodrum şəhər məhkəməsi obyektin qanunsuz olması səbəbi ilə dağıdılması haqqında qərar çıxarıb.


Əldə etdiyimiz məlumata görə ümumiyyətlə, “La Plaj”ın tikildiyi gündən sənədləri qaydasında olmayıb. Anar Məmmədova bu obyekti türkiyəli dostu satıb.

 

Eks-nazir oğlunun Bodrumdakı obyekti isə təkcə “La Plaj” deyil. Onun burda 5 ulduzlu bir neçə otelinin olduğu deyilir.





 

Tarix: 19 May 09:24    Oxunub: 413    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.