Naxçıvanda ümummilli liderin xatirəsinə beynəlxalq cüdo yarışı

Naxçıvanda ümummilli liderin anadan olmasının 95-ci ildönümünə cüdo üzrə beynəlxalq turnir keçirilib.

 

Sportinfo.az xəbər verir ki, 4 ölkədən 9 komandanın iştirak etdiyi yarışdan əvvəl muxtar respublika ali məclis sədrinin 1-ci müavini Azər Zeynalov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Cüdo federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Naxçıvan gənclər və idman naziri Azad Cabbarov və digər nümayəndələr Heydər Əliyevin şəhər mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

 

Sonra yarış iştirakçıları, nümayəndə heyəti onun Naxçıvanda muzeyi ilə tanış olublar. İlham Əliyev adına olimpiya idman kompleksində baş tutan yarışın açılış mərasimində əvvəlcə iştirakçı komandaların keçidi olub.

 

Daha sonra Azər Zeynalov və İsmayıl İsmayılov çıxış edərək, ölkəmizdə dövlət səviyyəsində idmana, olimpiya hərəkatının inkişafına göstərilən qayğını xüsusi vurğulayıblar. Natiqlər ilk dəfə olaraq Naxçıvanda təşkil olunan cüdo üzrə beynəlxalq turnirin iştirakçılarına uğurlar arzulayıblar.

 

Dövlət himnimiz səsləndirildikdən sonra yarış açıq elan olunub. Açılış mərasimi respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçirilən bədii proqramla davam etdirilib.

Yarışda Türkiyə, Gürcüstan, Rusiya və Azərbaycanın yeniyətmə cüdoçuları medalları uğrunda mübarizə aparıblar. Olimpiya sistemi ilə keçirilən komanda yarışlarında bütün rəqiblərinə qalib gələn Naxçıvan cüdoçuları qızıl medallara sahib olublar.

 

Gürcüstan 2-ci, Türkiyə və “Bakı” komandaları isə 3-cü yeri tutublar. Beynəlxalq turnirin qaliblərinə kubok, medal, diplom və pul mükafatları təqdim olunub. Mükafatları Azər Zeynalov, İsmayıl İsmayılov və Sadıq Sadıqov təqdim ediblər. Sonda xatırə şəkili çəkdirilib.

Tarix: 19 May 00:40    Oxunub: 181    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.