Təsisçilər Şurasının növbəti iclası noyabrda Bakıda keçiriləcək

Dünya Antidopinq Agentliyinin (World Anti-Doping Agency -WADA) Təsisçilər Şurasının növbəti toplantısı 2018-ci ilin noyabr ayında Bakıda keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, bu barədə təşkilatın "Twitter" səhifəsi məlumat yayıb.

 

Mayın 17-də Monrealda (Kanada) təşkilatın Təsisçilər Şurasının iclası olub. Həmçinin agentliyin İcraiyyə Komitəsinin iclası keçirilib.

 

İclasda Rusiya Antidopinq Agentliyi statusunun WADA məcəlləsinə uyğun gəlmədiyinə dair qərarın müddəti uzadılıb. Təşkilat 2015-ci ilin noyabr ayında WADA-nın akkreditasiyasından məhrum edilib.

Tarix: 18 May 08:36    Oxunub: 162    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.