Burda qazonu dəyişirlər

Azərbaycanda növbəti mövsüm üçün klubların stadionlarının ot örtüyü yenilənəcək.

 

Sportinfo.az xəbər verir ki, artıq "Bakcell Arena"da bu işə start verilib.

 
"İnter Arena", "Azersun Arena", "Kapital Bank Arena, Zirə qəsəbə stadionunda isə mövsüm başa çatdıqdan sonra ot örtüyü dəyişiləcək.
 
"Keşlə", "Sumqayıt" və "Zirə"nin ev oyunlarını keçirdiyi meydanlara təbii ot örtüyü döşənəcək.
 
Növbəti mövsüm I divizionda iddialı komanda qurmağı və Premyer Liqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparmağı planlaşdıran "Şüvəlan" artıq bu yöndə işə start verib.
 
Komandanın ev oyunlarını keçirdiyi "AZAL Arena"nın ot örtüyü dəyişiləcək. Yararsız hala düşən meydana yeni süni ot örtüyü döşənəcək.
Tarix: 18 May 18:48    Oxunub: 707    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.