"Neftçi" 7:0-la "bürünc"ün bir addımlığında, "Zirə" çökür

Dünən U-16 Liqasında 32-ci turun 4 oyunu keçirildi.

 

«Qəbələ»nin çempionluğu, «Vətən»in isə gümüş medalları vaxtından əvvəl qazandığı birincilikdə əsas mübarizə bürünc medallar uğrunda gedir ki, artıq, 3 namizəddən 1-i son turun nəticəsindən asılı olmayaraq, mübarizədən kənarda qaldı.

 

Söhbət «ev»də «Qəbələ»yə böyük hesabla məğlub olan «Keşlə»dən gedir. Digər namizədlərdən «Zirə» də büdrədi. Amma bu komanda 3-cü yer şansını saxlayır. «Üçlük»dən yalnız «Neftçi» turu itkisiz başa vurdu.

 

32-ci tur

«Keşlə» - «Qəbələ» 1:6

«Neftçi» İK İB – «Zirə» 2:2

«Sumqayıt» - «Səbail» 1:0

«Neftçi» - «Turan» 7:0

 

Tura bu gün «Vətən» - «Kəpəz» matçı ilə yekun vurulacaq. «Neftçi Baza»da baş tutacaq  qarşılaşmanın başlama vaxtı 14:30-dur.

 

U-16 Liqasında sonuncu – 33-cü turun oyunları mayın 24-də keçiriləcək: «Zirə» - «Sumqayıt», «Qəbələ» - «Neftçi» İK İB, «Turan» - «Keşlə», «Kəpəz» - «Neftçi», «Qarabağ» - «Vətən». Oyunların başlama vaxtı barədə əlavə məlumat verəcəyik.

 

Bombardir: Emil Quluzadə («Vətən») – 25 qol.

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 18 May 10:00    Oxunub: 361    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.